Rusiya MN: İndiyədək Ukraynaya məxsus 190 qırıcı vurulub

Konaşenkov bildirib ki, fevralın 24-də başlayan müharibədə indiyədək Ukraynaya məxsus 190 təyyarə, 129 helikopter, 3424 tank və zirehli texnika məhv edilib.

1838345
Rusiya MN: İndiyədək Ukraynaya məxsus 190 qırıcı vurulub

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, fevralın 24-də başlayan müharibədə indiyədək Ukraynaya məxsus 190 təyyarə, 129 helikopter, 3424 tank və zirehli texnika məhv edilib.

Konaşenkov açıqlamasında Rusiya ordusunun Ukraynadakı əməliyyatları barədə məlumat verib.

Rusiya hava qüvvələrinin Xarkov vilayətinin Lozovaya qəsəbəsi ətrafında Ukrayna ordusunun zirehli texnikasını təmir etdiyi obyektləri havadan atılan uzaqmənzilli yüksək dəqiqlikli raketlərlə vurduğuna diqqət çəkən Konaşenkov həmçinin 4 komanda mərkəzi və 15 hərbi bölgənin məhv edildiyini bildirib. 

Rusiya hava döyüş taktiki birliklərinin 73 hərbi bölgəni atəşə tutduğunu və bu hücumlar nəticəsində 150-dən çox Ukrayna millətçi qüvvəsinin zərərsizləşdirildiyini bildirən Konaşenkov ABŞ istehsalı olan AN/TPQ-50 radar sisteminin də vurulduğunu qeyd edib. 

Konaşenkov Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısının hava hücumundan müdafiə sistemləri ilə Donetsk vilayətinin Slavyansk qəsəbəsi yaxınlığında vurulduğunu, Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatının isə Xarkov, Luqansk və Donetks bölgələrində məhv edildiyini bildirib. 

Raket və artilleriya birləşmələrinin 431 hərbi bölgəni atəşə tutduğunu qeyd edən Konaşenkov bu hücumlarda 300-dən çox Ukrayna millətçi qüvvəsinin zərərsizləşdirildiyini qeyd edib.

Konaşenkov “Bu günə qədər Ukraynaya məxsus 190 təyyarə, 129 helikopter, 1127 pilotsuz uçuş aparatı, 330 hava hücumundan müdafiə raket sistemi, 3424 tank və zirehli texnika, 473 reaktiv yaylım atəşi sistemi, 1795 haubitsa və minaatan, 3446 xüsusi təyinatlı hərbi texnika məhv edilib” ifadələrindən istifadə edib.



Әlaqәli Xәbәrlәr