Ukraynada müharibə başlayandan indiyədək 228 uşaq ölüb

Rusiyanın Ukraynaya hücumları nəticəsində 238 uşağın öldüyü bildirilir.

1832248
Ukraynada müharibə başlayandan indiyədək 228 uşaq ölüb
ukrayna çocuklar

Rusiyanın Ukraynaya hücumları nəticəsində 238 uşağın öldüyü bildirilir.

Ukrayna Baş Prokurorluğunun mayın 26-sı səhər saatlarına olan məlumatına görə, Rusiyanın Ukraynaya hücumları nəticəsində 238 uşaq həyatını itirib, 433 uşaq isə yaralanıb.

Məlumatda rəqəmlərin son məlumat olmadığı, müvəqqəti işğal altında olan və azad edilmiş ərazilərdə aşkarlama işlərinin davam etdiyi bildirilib.

Açıqlamada Ukraynanın bir çox şəhərinin bombalanması nəticəsində hərbi məntəqələrlə yanaşı bir çox ictimai binanın da zərər gördüyü, zədələnmiş 848 təhsil müəssisəsindən 173-nün tamamilə dağıldığı qeyd edilib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik bildirib:

“Rusiyanın ölkəmizə qarşı genişmiqyaslı təcavüzünün ən fəal mərhələsində olduğunu müşahidə edirik. Ukraynanın şərq cəbhəsində vəziyyət son dərəcə ağırdır, ölkənin taleyi orada müəyyən edilir".

Qeyd edək ki, Rusiya əsgərləri fevralın 24-də Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr