İraqda televiziya kanalına raket hücumu təşkil edilib
Separatçı terror təşkilatı PKK İraqın Duhok şəhərində televiziya kanalına raket hücumu təşkil edib.
1832275

TRT xəbər verir ki, Mərkəzi Duhokda olan “Hani Mətbuat və Kommunikasiya Mərkəzi” terror aktına dair məlumat yayıb: “Duhok Radio və Televiziya Media Qrupuna məxsus bina separatçı terror təşkilatı PKK-nın raket hücuma məruz qalıb. Xain hadisə nəticəsində Beheri dağındakı televiziya binasına maddi ziyan dəyib. PKK bilməlidir ki, media mərkəzləri sivilizasiyanın göstəricisidir. Bu hücumlar və təhdidlər heç kimə təzyiq göstərməyəcək".
Duhok Radio və Televiziya Media Qrupu Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyasına (KDP) yaxınlığı ilə tanınır.