İranda hərbi təyyarə qəzaya uğrayıb

İranın İsfahandakı Hərbi Hava Bazasında təlim uçuşu zamanı F-7 təyyarəsi qəzaya uğrayıb.

1831371
İranda hərbi təyyarə qəzaya uğrayıb

İranın İsfahandakı Hərbi Hava Bazasında təlim uçuşu zamanı F-7 təyyarəsi qəzaya uğrayıb.

Qəza nəticəsində pilot və köməkçisinin həyatını itirdiyi bildirilib. 

İranın rəsmi "İRNA" agentliyinin məlumatına görə, İsfahan qubernatorunun müavini Məhəmməd Rza Can Nesari bildirib ki, qırıcı təyyarə Nain şəhərinin Enarek bölgəsində qəzaya uğrayıb.

Nesari təlim uçuşu həyata keçirən təyyarənin yerli vaxtla 08:30-da naməlum səbəbdən qəzaya uğradığını bildirib.

Hadisə zamanı pilot mayor Qasım Zamani və köməkçi pilot leytenant Məhəmməd Cavad Bayın həyatını itirdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr