İsrail əsgərləri ilə Fələstinli qrup arasında qarşıdurma baş verib
İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdikləri əməliyyatlarda daha 14 fələstinli nəzarətə götürülüb.
İsrail ordusundan verilən açıqlamaya görə, işğal altındakı İordan çayının qərb sahilində yerləşən Beytlehem, Nablus, Selfit və Cenin şəhərlərinin ətrafında İsrail əsgərləri ilə silahlı qruplar arasında toqquşma baş verib. Hadisələr nəticəsində 14 Fələstinli nəzarətə götürülüb.
Xatırladaq ki, ötən həftə İsrail ordusunun Cenin şəhərinə verdiyi basqın zamanı üzərində “mətbuat” yazılmış polad jilet geyinmiş Əl-Cəzirə televiziyasının fələstinli qadın müxbiri Şirin Əbu Akilə əsgərlər tərəfindən başından vurularaq öldürülüb.
Әlaqәli Xәbәrlәr
Rusiyada 22-27 aprel tarixlərində altıgünlük iş həftəsi tətbiq edilir
Rusiyada 22-27 aprel və 9-12 may tarixlərində iş və qeyri-iş günləri
“Bu, ABŞ-ın imicinə düzəlməz zərər vuracaq”, D.Peskov
Rusiyanın xəbər agentliyi TASS-a açıqlama verən D.Peskov deyib ...