Yaponiya ilə Ukrayna arasında kredit müqavilisi imzalandı

Yaponiya hökuməti Rusiyanın fevralın 24-dən hücuma keçdiyi Ukraynaya iqtisadi yardımını davam etdirir.

1828026
Yaponiya ilə Ukrayna arasında kredit müqavilisi imzalandı

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) prezidenti Tanaka Akihiko və Ukraynanın maliyyə naziri Serqiy Marçenko arasında onlayn görüş keçirilib.

Görüş zamanı Tanaka və Marçenko arasında Yaponiyanın Rusiyanın hücumlarından sonra iqtisadi böhran ilə üz-üzə gələn Ukraynaya 13 milyard yen (100 milyon dollar) məbləğində kredit ayıracağını nəzərdə tutan müqavilə imzalanıb.

Yaponiya rəsmisi Tanaka Akihiko ‘Rusiyanın hücumları və yaranan humanitar böhranı’ yaşadığımız əsrdə beynəlxalq nizamın üz-üzə gəldiyi ən böyük problem olaraq xarekterizə edib.

Ukrayna maliyə naziri Marçenko da müqaviləyə görə minnətdarlığını bildirib və Ukraynalıların təkcə öz ölkələrinin müstəqilliyi üçün yox, eyni vaxtda Avropanın təhlükəsizliyi üçün də mübarizə apardığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr