Tehranda məktəblərin və və dövlət müəssisələrinin fəaliyyəti dayandırıldı

İranın paytaxtı Tehranda havanın çirklənmə seviyyəsi təhlükəli həddə çatıb. Bu səbəbdən bütün məktəblər və dövlət müəssisələri bağlanıb.

1828071
Tehranda məktəblərin və və dövlət müəssisələrinin fəaliyyəti dayandırıldı

TRT İran mətbuatına istinadla xəbər verir ki, Tehran merinin müavini Abid Məleki qeyri-sabit hava şəraiti və havanın çirklənməsinin kritik səviyyəsinə görə ölkədə fövqəladə vəziyyət elan olunduğunu deyib. Mələki əlverişsiz hava şəraitinə görə uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün xüsusi məktəblərin bağlandığını bildirib. Yaşlılara və xroniki xəstəliyi olanlara məcbur olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edilib.

Tehran qubernatorunun böhranların İdarə Edilməsi üzrə direktoru Yezdi Mehr də deyib: “Meteorologiya İdarəsinin məlumatına görə, Tehranda narıncı (həssas) vəziyyət yaranıb. Bu səbəbdən Tehran əhalisini, xüsusilə həssas qrupları bu gün (17 May) və sabah (18 May) evlərini tərk etməməyə çağırırıq”. Qeyd edək ki, Tehran dünya şəhərləri arasında havanın çirklənməsi reytinqində 12-ci yerdədir. Şəhərin hava sirkulyasiyası üçün yararsız yerləşməsi, nəqliyyatın sıxlığı, köhnə maşınlar və çox istifadə edilən motosikletlərdən çıxan işlənmiş qazlar Tehranda havanın çirklənməsini artıran əsas amillər hesab edilir. Tehran sakinləri də şəhərdəki havanın çirklənməsindən əziyyət çəkirlər. Onlar nə vaxtsa bu problemin həll olunacağını gözləyirlər.

 

 



Әlaqәli Xәbәrlәr