İraq Kürd Regional Rəhbərliyi PKK-ya bağlı bir qrupun ələ keçirildiyini bildirib

İraq Kürd Regional Rəhbərliyi (İKRR) Təhlükəsizlik Şurası hücuma hazırlaşan separatçı terror təşkilatı PKK-ya bağlı bir qrupun ələ keçirildiyini açıqlayıb.

1827928

Rəhbəriliyin rəsmi "Facebook" səhifəsində mövzu ilə bağlı Şuranın bəyanatı yer alıb.

Bəyanatda peşmərgə silahlılarına, inzibati binalara və bəndlərə raketlərlə hücum etməyə hazırlaşan separatçı terror təşkilatı PKK-ya bağlı qrupun ələ keçirildiyi bildirilib.

Bundan əvvəl İKRR Təhlükəsizlik Şurası aprelin 26-da da PKK-nın İKRR-yə qarşı “təhlükəli bir planının” qarşısının alındığını, çoxlu sayda hərbi və partlayıcı materialın ələ keçirildiyini açıqlamışdı.

Әlaqәli Xәbәrlәr