Ukrayna müharibədə Rusiya itkilərini açıqladı

Ukrayna Baş Qərargahının fevralın 24-dən mayın 13-dək Rusiya ordusunun itkiləri ilə bağlı etdiyi məruzəyə görə...

1826558
Ukrayna müharibədə Rusiya itkilərini açıqladı

 

  Ukraynanın Baş Qərargahı Rusiya ordusunun son 24 saatda daha 250 əsgər itirdiyini, müharibədə ölən Rusiya əsgərlərinin sayının 26 min 900-ə çatdığını bildirib.

  Ukrayna Baş Qərargahının fevralın 24-dən mayın 13-dək Rusiya ordusunun itkiləri ilə bağlı etdiyi məruzəyə görə, Rusiya ordusu son 24 saat ərzində daha 250 əsgər itirib və bu itkilər daha çox Donetskin Kuraxovo şəhəri istiqamətində baş verən qarşıdurmalarda yaşanıb.

  Rusiya ordusu ümumilikdə 26 min 900 əsgər, 200 təyyarə, 162 helikopter, 1205 tank, 2900 zirehli texnika, 542 artilleriya, 193 reaktiv yaylım atəş sistemi və 88 hava hücumundan müdafiə sistemi itirib.

  Rusiya qüvvələrinin 2042 avtomobil, 13 gəmi, yüngül sürətli qayıq və 405 pilotsuz uçuş aparatını itirdiyi, ruslar tərəfindən atılan 95 qanadlı raketin də Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən vurularaq məhv edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr