Qətər əmiri İranda

Qeyd edək ki, İran və ABŞ arasında vasitəçi kimi çıxış edən Qətər dalana dirənmiş nüvə müqaviləsini canlandırmağa dəfələrlə cəhd edib

1826255
Qətər əmiri İranda

 

  Qətər əmiri Şeyx Təmim ibn Hamed əl-Sani İran prezidenti İbrahim Rəisi ilə regional və beynəlxalq məsələlərlə bağlı danışıqlar aparmaq üçün paytaxt Tehrana gedib.

  Əmir əl-Sani Tehranın Mehrabad hava limanında İranın vitse-prezidenti Məhəmməd Muhbir tərəfindən qarşılanıb.

  Qətər əmiri İran prezidenti ilə görüşüb. İki ölkə başçısı ikitərəfli, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıb.

  Qeyd edək ki, İran və ABŞ arasında vasitəçi kimi çıxış edən Qətər dalana dirənmiş nüvə müqaviləsini canlandırmağa dəfələrlə cəhd edib.

  Qətər əmirinin Tehrana bu səfəri Avstriyanın paytaxtı Vyanada nüvə danışıqlarının koordinatoru və Avropa İttifaqının (Aİ) baş müşaviri Enrike Moranın da Tehranda danışıqlar apardığı bir vaxtda baş tutur.

  Xatırladaq ki, İranla nüvə müqaviləsinin yenidən həyata keçirilməsi və ABŞ-ın razılaşmaya qayıtmasının müzakirə edildiyi Vyanada keçirilən nüvə danışıqları İranın İnqilab Mühafizləri Ordusunun ABŞ-ın "Xarici terror təşkilatları siyahısı”ndan çıxarılması ilə bağlı irəli sürdüyü şərtlə martın 11-də dayandırılıb.

 



Әlaqәli Xәbәrlәr