Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı Rusiyanın itkilərilə bağlı məlumat yayıb

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

1825262
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı Rusiyanın itkilərilə bağlı məlumat yayıb
Hostomel Ukrayna Rusya Savaşı1.jpg

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, döyüşlər nəticəsində Rusiyanın 26 350 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 187 ədəd tankı, 2 856 ədəd zirehli döyüş maşını, 528 ədəd artilleriya sistemi, 185 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 160 ədəd helikopteri, 94 qanadlı raket, 1 997 ədəd nəqliyyat vasitəsi, 12 ədəd gəmi/kateri, 390 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi açıqlamada Ukraynada 1351 Rusiya əsgərinin öldüyü açıqlanıb.



Әlaqәli Xәbәrlәr