İraqda DEAŞ terror təşkilatına qarşı əməliyyatda 9 terrorçu məhv edilib
İraqın Kərkük şəhərinin Serqaran qəsəbəsi yaxınlığında iki gün əvvəl terror təşkilatı DEAŞ-a qarşı başladılan əməliyyatda 9 terrorçu məhv edilib.
1825006

İraqın Kərkük şəhərinin Serqaran qəsəbəsi yaxınlığında iki gün əvvəl terror təşkilatı DEAŞ-a qarşı başladılan əməliyyatda 9 terrorçu məhv edilib.
İraq hökumətinin Təhlükəsizlik Media Şəbəkəsindən verilən yazılı açıqlamada İraq ordusunun mayın 9-da Serqaran qəsəbəsi yaxınlığında terror təşkilatına qarşı başlatdığı əməliyyatın davam etdiyi bildirilib.
Açıqlamada bölgədəki Qrav təpəsi yaxınlığında terror təşkilatı üzvlərinin gizləndiyi bunkerin dağıdıldığı və bunkerdəki 9 terrorçunun məhv edildiyi qeyd olunub.
Әlaqәli Xәbәrlәr

İranda güclü zәlzәlә baş verib
İranın cәnubundakı Hörmüzqan әyalәtindә 5,6 bal gücündә zәlzәlә qeydә alınıb.