İranın dəstəklədiyi milislərlə PKK-nın əməkdaşlığı
Pentaqonun Baş Müfəttişliyi Konqresə İraq və Suriyadakı əməliyyatlarla bağlı yanvar-mart dövrü hesabatını təqdim edib.
ABŞ Müdafiə Kəşfiyyat Təşkilatı (DİA) Pentaqonun Baş Müfəttişliyinə bildirib ki, İranın dəstəklədiyi milislər İraqda Türkiyəyə qarşı PKK bölücü terror təşkilatı ilə əməkdaşlıq edir və vaxtaşırı Türkiyənin İraqın şimalındakı bazalarına hücum edirlər.
Pentaqonun Baş Müfəttişliyi Konqresə İraq və Suriyadakı əməliyyatlarla bağlı yanvar-mart dövrü hesabatını təqdim edib.
Hesabatda DİA-nın bölücü terror təşkilatı PKK ilə bağlı bu ifadələri yer alıb:
"İranın dəstəklədiyi milislər İraq və Suriyadakı türk qüvvələrinə qarşı hücumlarını artırıb. DİA milislərin PKK mövqelərinə istiqamətli Türkiyənin hava və silahlı pilotsuz hava aparatları hücumlarına ABŞ tərəfindən terror təşkilatı kimi tanınan PKK ilə koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini qiymətləndirib. Sözügedən milislər Türkiyənin hərəkətlərinə qarşı getdikcə daha çox cavab verməyə başladı və İraq və Suriyadakı türk hərbi bazalarına raket zərbələri endirdi. Fevralda İraqın şimalında PKK-nı hədəf götürən Türkiyənin hava hücumlarından sonra İran ilə ilə əməkdaşlıq içindəki yeni milis qrupu Mosulun şimalındakı türk bazasına raket zərbəsi endirdi”.
Hesabatda İranın dəstəklədiyi silahlı birləşmələrin Türkiyəyə qarşı hücumları Türkiyə Silahlı Qüvvələrini İraqda PKK-ya qarşı əməliyyat keçirməsindən çəkindirmək üçün həyata keçirdiyi qeyd edilib.
İraq Kürd Regional Rəhbərliyində (İKRG) Kürdüstan Demokratik Partiyasına (KDP) rəqib olan Kürdüstan Vətənpərvər Birliyinin (KYB) İran və PKK ilə əlaqələri diqqətə çatdırılan hesabatda PKK-nın Haşdi Şabi ilə də əlaqəsi olduğu vurğulanıb.
Türkiyənin uzun illərdir İraqda PKK-ya qarşı havadan və qurudan hücumlar təşkil etdiyi xatırladılan hesabatda Türkiyə Silahlı Qüvvələrinin PUA-larla İraq və Suriyada yüksək səviyyəli PKK quldurlarını hədəf aldığı bir strategiya izlədiyi qeyd edilib.