Ukrayna Baş Qərargahı: Rusiya ordusu son 24 saatda daha 200 əsgər itirdi

Ukrayna Baş Qərargahı Rusiya ordusunun 24 700-ə yaxın əsgər, 196 təyyarə, 155 helikopter və 1092 tank itirdiyini bildirib.

1822354
Ukrayna Baş Qərargahı: Rusiya ordusu son 24 saatda daha 200 əsgər itirdi

Ukrayna Baş Qərargahı Rusiya ordusunun 24 700-ə yaxın əsgər, 196 təyyarə, 155 helikopter və 1092 tank itirdiyini bildirib.

Ukrayna Baş Qərargahı, 24 fevral-5 may tarixləri arasında Rusiya ordusunun itkiləri ilə bağlı verdiyi açıqlamada Ukraynaya hücum edən Rusiya ordusunun son 24 saatda daha 200 əsgər itirdiyini açıqlayıb.

Açıqlamada Rusiya ordusunun ümumilikdə 24 min 700 əsgəri və ruslara məxsus 196 təyyarə, 155 helikopter, 1092 tank, 2 min 651 zirehli texnika, 499 top, 169 reaktiv yaylım atəşi sistemi və 83 hava hücumundan müdafiə sistemini itirdiyi bildirilib. 

Açıqlamada Rusiya qüvvələrinin 1907 avtomobil, 10 gəmi, yüngül sürətli qayıq və 312 pilotsuz uçuş aparatını itirdiyi, ruslar tərəfindən atılan 89 qanadlı raketin də Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurularaq məhv edildiyi vurğulanıb.

Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi açıqlamada Ukraynada 1351 rus əsgərinin öldüyü açıqlanıb.



Әlaqәli Xәbәrlәr