Paşinyan ölkədə keçirilən etiraz nümayişlərinə münasibət bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, demokratiya ölkənin ən mühüm elementidir və bunu davam etdirəcəklər.

1822246
Paşinyan ölkədə keçirilən etiraz nümayişlərinə münasibət bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, demokratiya ölkənin ən mühüm elementidir və bunu davam etdirəcəklər.

Ermənistanın rəsmi xəbər agentliyi "Armenpress"in məlumatına görə, Paşinyan Milli Assambleyadakı çıxışında demokratiyanın Ermənistanın ən mühüm elementi olduğunu və bunu davam etdirəcəklərini bildirib:

“Mən istəmirəm ki, siz heç vaxt demokratiyanı hökumətin və ya dövlətin zəifliyi kimi şərh edəsiniz”.

Paşinyan hökumət əleyhinə etirazlara toxunaraq, “Müxalifətçi həmkarlarımız bir vaxtlar yürüşə çıxdığımız üçün bizi ələ salırdılar, indi isə yürüş etmək qərarına gəliblər” deyib.

Digər tərəfdən, müxalifət liderlərindən İşxan Saqatelyan parlament binasını ələ keçirməyi planlaşdırdıqları barədə deyilənləri təkzib edib.

"Biz heç bir binanı ələ keçirməyəcəyik, təxribat etməyəcəyik”, - Saqatelyan bildirib. 
Qeyd edək ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) dünən mayın 1-dən ölkədə hökumət əleyhinə etirazlarını artıran nümayişçilərin sessiya zamanı parlament binasını ələ keçirməyi planlaşdırdığına dair etibarlı kəşfiyyat məlumatı əldə etdiyini bildirib.

Digər tərəfdən, paytaxt İrəvanda Fransa meydanında hökumət əleyhinə etirazlar davam edir.

Polis bazar ertəsi keçirilən nümayişlərdə 189, çərşənbə axşamı keçirilən nümayişlərdə isə 237 nəfərin saxlanıldığını açıqlayıb.

2020-ci ilin noyabrında Azərbaycanın Qarabağda qələbəsindən sonra Ermənistan hökumətinin bölgədəki siyasətinə etiraz edən və Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət mayın 1-dən İrəvan küçələrinə toplaşıb.



Әlaqәli Xәbәrlәr