"Məzmunları bilərəkdən yozmaq səyləri Ukrayna-Türkiyə tərəfdaşlığına kölgə sala bilməz”, V.Bodnar

Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar “Ukrayna administrasiyasının ictimai bəyanatlarını məzmunundan qopararaq hissələri bilərəkdən yozmaq səyləri Ukrayna-Türkiyə strateji tərəfdaşlığına kölgə sala bilməz” dedi

1821489
"Məzmunları bilərəkdən yozmaq səyləri Ukrayna-Türkiyə tərəfdaşlığına kölgə sala bilməz”, V.Bodnar

 

  Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar “Ukrayna administrasiyasının ictimai bəyanatlarını məzmunundan qopararaq hissələri bilərəkdən yozmaq səyləri Ukrayna-Türkiyə strateji tərəfdaşlığına kölgə sala bilməz” dedi.

  Ukrayna prezidenti Volodimir Zelenskinin xarici televiziya kanalına verdiyi müsahibəsində Türkiyə ilə bağlı çıxışına dair V.Bodnar yazılı açıqlama verərək bildirib: “Ukrayna administrasiyasının ictimaiyyətə verilən bəyanatlarından məzmunundan qoparılan bəzi hissələri bilərəkdən yozmaq səyləri Ukrayna-Türkiyə strateji tərəfdaşlığına kölgə sala bilməz.

  Prezident Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Ukraynaya siyasi dəstəyi, Rusiyanın təcavüzünün sona çatması və qalıcı sülhün təmin edilməsi uğrunda göstərdiyi səyləri yüksək qiymətləndirir. 

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalının başçılıq etdiyi Türkiyə nümayəndə heyətinin Kiyevə səfəri çərçivəsində aparılan uğurlu danışıqlar da bır nümunədır.

  Türkiyənin müharibə şəraitində olan Ukraynaya humanitar yardımı, Rusiyanın Ukraynaya qarşı apardığı savaş nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan kimsəsizlər və ölkəmizin digər vətəndaşlarını qəbul etməsi son dərəcə dəyərlidir.

  Ukrayna və Türkiyənin qlobal təhlükəsizlik sisteminin konsolidasiyası, ikitərəfli ticarətin inkişafı və Ukraynanın yenidən qurulması üçün intensiv qarşılıqlı fəaliyyətə yanaşması eynidir.

  Eyni zamanda, başa düşmək lazımdır ki, Rusiyanın Ukraynada davam etdirdiyi qətllər, cinayətlər və dağıntılarla əlaqədar Ukrayna cəmiyyəti işğalçı dövlətlə bağlı yayılan məlumatlara çox emosional reaksiya verir”.



Әlaqәli Xәbәrlәr