“Ukraynadakı əməliyyatların 9 mayda başa çatmasına gəlincə...” S.Lavrov

"Zelenskinin yəhudi olduğunu deyirlər. Məncə, Hitlerin də yəhudi kökləri var idi. Ən böyük antisemitlər yəhudilərdir", S.Lavrov

1821320
“Ukraynadakı əməliyyatların 9 mayda başa çatmasına gəlincə...” S.Lavrov

 

  Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı əməliyyatları mayın 9-da - İkinci Dünya Müharibəsində faşistlər üzərində qələbənin ildönümündə başa çatdırmağı düşünmədiklərini söyləyib.

  İtaliyanın "Rete 4" telekanalına müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı S.Lavrov deyib: “Rusiya mayın 9-da - faşizm üzərində Qələbə Gününə qədər Ukraynada xüsusi əməliyyatların başa çatmasını sürətləndirmək niyyətində deyil. Əsgərlərimiz süni şəkildə öz hərəkətlərini müəyyən bir tarixə uyğunlaşdırmayacaqlar. Ukraynadakı əməliyyatın ritmi hər şeydən mülki əhali və Rusiya hərbçiləri üçün riski minimuma endirmək ehtiyacına bağlıdır.

  Ukraynada nasist varlığı inkar edilə bilməz. Bəzi ukraynalı əsgərlərin bədənlərində faşist simvolları döymələri var.

  Zelenskinin yəhudi olduğunu deyirlər. Məncə, Hitlerin də yəhudi kökləri var idi. Ən böyük antisemitlər yəhudilərdir.

  Nüvə müharibəsindən uzaq dururuq, lakin bunun müzakirələrini də aparırıq.  

  Rəsmi Kiyev Rusiya ilə sülh danışıqlarını sabotaj edir”.



Әlaqәli Xәbәrlәr