Gürcüstanın baş naziri Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik etdi

Bu barədə hökumət administrasiyası məlumat yayıb

1821464
Gürcüstanın baş naziri Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik etdi

 

  Gürcüstanın baş naziri İrakli Qaribaşvili müqəddəs Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib. Bu barədə hökumət administrasiyası məlumat yayıb.

  Baş nazir müsəlmanlara ünvanladığı məktubda Ramazan ayını mənəvi təmizlik, xeyirxahlıq və bir-birinə qayğının böyük bayramı adlandırıb. O, hər bir müsəlmana Ramazan ayının başa çatması münasibətilə səmimi təbriklərini çatdırıb.

  Təbrikdə deyilir: “Biz əsrlər boyu ümumi vətənimizi qardaşlıq və dostluğumuzla qururuq, gələcəyimizi birlikdə yaratmalıyıq. Vətəndaşlarımızla birgə sizin bayrama qoşuluruq və sizə sülh, firavanlıq, cansağlığı və uğurlar arzulayıram”.



Әlaqәli Xәbәrlәr