Zelenski: "Ölkəmdə maliyyə itkisi 600 milyard dollara çatdıb"

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkəsində maliyyə itkisinin 600 milyard dollara çatdığını bəyan edib.

1820009

Xalqa müraciətində bu məsələyə toxunan deyib:

“Ukraynanın bu müharibədən itkiləri təxminən 600 milyard dollar təşkil edir. 32 milyon kvadrat metrdən çox yaşayış sahəsi, 1500-dən çox təhsil müəssisəsi və 350-dən çox səhiyyə obyekti dağıdılıb və ya zədələnib. İqtisadi aktivlər böyük itkilərə məruz qaldı. Yüzlərlə müəssisə dağıdılıb. Təxminən 2500 kilometr yol və 300-ə yaxın körpü dağıdılıb və ya zədələnib”. 

Ukrayna lideri müharibə səbəbindən milyonlarla ukraynalının didərgin düşdüyünü, milyonlarla insanın xaricə getdiyini vurğulayıb.

“Müharibə nəticəsində 11,5 milyondan çox ukraynalı didərgin düşüb, onlardan 5 milyona yaxını xaricə gedib. Onların 95 faizi artıq evə qayıtmaq istəyir. Buna görə də, rahat bir Avropa Ukraynasının yenidən qurulması üçün təcili planın hazırlanmasına ehtiyac var", -deyə Zelenksi qeyd edib.

Әlaqәli Xәbәrlәr