Bolqarıstanın Baş naziri Kiril Petkovdan Ukraynaya güclü dəstək

Bolqarıstanın Baş naziri Kiril Petkov “Ukraynaya silah yardımı” ilə bağlı müzakirələr davam edərkən, bu ölkəyə “silah təmin etmək məqsədilə” bir aylıq maaşını bağışladığını açıqlayıb.

1818180
Bolqarıstanın Baş naziri Kiril Petkovdan Ukraynaya güclü dəstək

Petkov sosial media hesabında  paylaşdığı  açıqlamada: “Ukraynaya silah yardımı siyasi və sosial qərar birliyindən asılıdır. Məsələ ilə bağlı cəmiyyətdə ifrat fikirlər paylaşılır. Daha  bu sahədə  konkret addım atmağın vaxtıdır”. Ukraynaya silah göndərən bir çox Avropa ölkəsinin adını sadalayan Petkov, Bolqarıstandakı bəzi narahatlıqların əksinə Rusiyanın bu ölkələrə müharibə elan etmədiyinə diqqət çəkərək: “Ukraynaya həqiqətən kömək etmək istəyən hər bir Bolqarıstan vətəndaşını mənim kimi maaşını bağışlamağa çağırıram. Söz demək asandır, iş görmək çətindir. Daha konkret addım atmağın vaxtıdır”. Petkov ianəsinin bank qəbzini də bölüşüb.

 Qeyd edək ki, Bolqarıstan hökumətini təşkil edən 4 siyasi qüvvənin liderləri Ukraynaya silah yardımı göndərilməsi mövzusunda  qərar qəbul etmək üzrə  iclas keçirəcək. Petkov  isə sabah Ukraynanın paytaxtı Kiyevə  edəcəyi səfər öncəsi koalisiyadan  bu mövzuda razılığa gəlməsini  tələb edib.  



Әlaqәli Xәbәrlәr