Zelenski: "500 minə yaxın ukraynalı Rusiyaya aparılıb"

Ukrayna prezidenti Volodimir Zelenski Portuqaliya parlamentinə videokonfrans vasitəsilə müraciət edib.

1816198
Zelenski: "500 minə yaxın ukraynalı Rusiyaya aparılıb"

500 minə yaxın ukraynalı Rusiya qüvvələrinin ələ keçirdiyi torpaqlardan Rusiyaya aparılıb.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Portuqaliya parlamentinə videokonfrans vasitəsilə etdiyi müraciətdə deyib. 

"Rusiya işğalçıları hələ indidən azı 500 min vətəndaşımızı (Rusiyaya) işğal etdikləri ərazilərdən çıxarıblar. Bu deportasiyadır, keçmişin ən dəhşətli totalitar rejimləri belə edib", -deyə Zelenski bildirib.

Deportasiya edilən ukraynalıların sənədlərinin müsadirə edildiyini və onların ünsiyyətdən məhrum edildiyini bildirən Zelenski “Vətəndaşlarımız Rusiyanın ucqar bölgələrinə göndərilir deyib.
Zelenski bildirib ki, 57 günlük tammiqyaslı müharibədə Rusiyanın ələ keçirdiyi 1000-ə yaxın yaşayış məntəqəsi azad edildi, lakin hələ də işğal altında olan şəhər və qəsəbələrin sayı daha çoxdur: 
"Leopard tankları, zirehli maşınlar, gəmi əleyhinə "Harpun" raketləri, bunlar sizdə olan şeylərdir və Avropanın azadlığını qorumağa kömək edə bilər. Ona görə də ölkənizə müraciət edirəm ki, bu yardımı bizə göstərsin".

Zelenski Mariupolda ukraynalı əsgərlərdən başqa, əksəriyyəti qadın və uşaqlardan ibarət 120 min dinc sakinin mühasirədə olduğunu bildirib.

Ukrayna prezidenti Zelenski İspaniya və Danimarka baş nazirləri ilə görüşündən sonra keçirilən mətbuat konfransında qarşıdakı prosesin ölkəsinin şərqi üçün çətin olacağını bildirib.

Zelenski “Əsgərlərimizdən başqa mülki vətəndaşlarımız da var. Onların əksəriyyəti qadın və uşaqlardır. Mariupolda 120 minə yaxın dinc sakin blokada altındadır” ifadələrdən istifadə edib.

Mariupoldakı “Azovstal” fabrikində 400-ə yaxın yaralı ukraynalı əsgərin olduğunu qeyd edən Zelenski qarşı tərəfə sözügedən əsgərlərin mübadilə yolu ilə geri qaytarılmasını təklif etdiklərini bildirib.



Әlaqәli Xәbәrlәr