İrina Venediktova : "Rusiya hərbçiləri ukraynalı uşaqlardan da istifadə edir"

Rusiyanın fevralın 24-də müharibə elan etdiyi Ukraynada mülki şəxslərin təxliyyə ediləcəyi humanitar dəhlizlərin təhlükəsizlik səbəbi ilə bu gün işləməyəcəyi bildirilib.

1816320
İrina Venediktova : "Rusiya hərbçiləri ukraynalı uşaqlardan da istifadə edir"

Rusiyanın fevralın 24-də müharibə elan etdiyi Ukraynada mülki şəxslərin təxliyyə ediləcəyi humanitar dəhlizlərin təhlükəsizlik səbəbi ilə bu gün işləməyəcəyi bildirilib.

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk qeyd edib ki, marşrutlardakı təhlükə səbəbindən humanitar dəhlizlər bu gün açılmayacaq. Vereşçuk "Bu gün, aprelin 22-də marşrutlarda təhlükə səbəbindən humanitar dəhliz olmayacaq. Təxliyəni gözləyən hər kəsə müraciət edirəm: Səbirli olun, lütfən gözləyin" ifadələrdən istifadə edib.

Vereşçuk dünən bəyan etmişdi ki, Rusiya qoşunlarının intensiv bombardmanı səbəbindən Mariupolda təxliyyə gözləyən insanları xilas etmək mümkün olmayıb.

Həftənin əvvəlindən Rusiyanın Donbasa hücumları artıb və çox vaxt Ukrayna ilə Rusiya arasında humanitar dəhlizlərin açılmasına dair razılıq əldə olunmur.

Digər tərəfdən, Ukraynanın Baş prokuroru İrina Venediktova Rusiyanın Ukraynaya qarşı müharibədə ukraynalı uşaqlardan da istifadə etdiyini bildirib və bununla bağlı 8 hadisənin aşkarlandığını qeyd edib.

İrina Venediktova bəyan edib ki, Rusiya hərbçiləri ukraynalı uşaqları “hərbi məlumatların toplanması və ya ötürülməsində, silah daşımaqda və s. işlərdə istifadə etməyə” məcbur edir.

Rusiya ordusunun bombardmanlarında 1141 təhsil müəssisəsinin zərər gördüyünü, onlardan 99-nun tamamilə dağıdıldığını bildirən İrina Venediktova Rusiyanın hərbi əməliyyatlara başladığı 24 fevraldan bu yana ilk təsbitlərə görə 208 uşağın həyatını itirdiyini, 386 uşağın isə yaralandığını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr