Fələstinlilərin Şərqi Qüds və İsrailə  girişi qadağa edildi

İsrail ordusu  İordan çayının qərb sahili və Qəzzada yaşayan fələstinlilərin işğal altındakı Şərqi Qüds və İsrailə girişinin cümə axşamı saat 17:00-dən şənbə gününə dək qadağa  edildiyini bildirib.

1815479
Fələstinlilərin Şərqi Qüds və İsrailə  girişi qadağa edildi

İsrail ordusundan   qərar  ilə  əlaqəli   açıqlama  verilib.  Bildirilib  ki,  işğal altındakı İordan çayının qərb sahilində və  mühasirədəki  Qəzzada yaşayan  fələstinlilərin Şərqi Qüds və İsrailə girişi  dayandırılıb.  Qərar  bu  gün(21 Aprel)  yerli  vaxtla saat  17.00-dən  şənbə gününə  dək  qüvvədə  qalacaq. Keçidlərin   yenidən açılıb-açılmamasına dair qərar isə ərazidəki təhlükəsizlik qiymətləndirildikdən sonra  qəbul ediləcək. Açıqlamada  qeyd  edilib ki,  İordan çayının qərb sahilində yaşayan fələstinlilərə qoyulan məhdudiyyətlər yalnız “humanitar, tibbi və müstəsna hallarda” yüngülləşdiriləbiləcək.

Qərara görə İordan çayının qərb sahilində yaşayan 50 yaşdan yuxarı fələstinli kişilərin və hər yaşdan qadınların Ramazan ayının üçüncü cümə namazı üçün işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya daxil olmasına icazə veriləcək.



Әlaqәli Xәbәrlәr