Ukraynada 12 milyondan çox insan didərgin düşüb

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə nəticəsində 12 milyondan çox insan didərgin düşüb.

1814914
Ukraynada 12 milyondan çox insan didərgin düşüb
super ukrayna siviller2.jpg

Rusiyanın fevralın 24-də müharibə elan etdiyi Ukraynadan qonşu ölkələrə 5 milyon 34 min 439 qaçqın keçib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) verdiyi açıqlamada Ukraynadakı qaçqın böhranı ilə bağlı məlumatlar paylaşılıb.

Buna görə,  Ukraynadan 24 fevral - 19 aprel tarixləri arasında yarısından çoxu Polşaya gedən 5 milyon 34 min 439 nəfər qonşu ölkələrə gedib.

Qonşu ölkələrdən ən çox Polşaya (2 milyon 825 min 463), Rumıniyaya (757 min 047), Rusiyaya (549 min 805), Macarıstana (471 min 80), Moldovaya (426 min 964), Slovakiyaya (342 min 813) və Belarusa (23 min 759) ukraynalı keçib. 18-23-də Donetsk və Luqansk bölgələrindən 105 min insan Rusiyaya keçib.

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə nəticəsində 12 milyondan çox insan didərgin düşüb.

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino BMT Təhlükəsizlik Şurasında keçirdiyi brifinqdə Rusiyanın Ukraynaya hücumları şiddətləndiqcə böyüklərin və uşaqların psixoloji ehtiyaclarının da artacağına diqqət çəkib.

Vitorino həmçinin bildirib ki, qadın və uşaqlar insan alveri, zorakılıq və cinsi zorakılıqdan qorunmalıdır.

Ukraynadakı uşaqların yarıdan çoxunun köçkün olduğunu bildirən Vitorino bu uşaqları qəbul edən ölkələri müşayiət olunmayanların müəyyən edilməsində, onların ailələri və qohumlarına qovuşdurulmasında yardım etməyə çağırıb.

Qaçqınlara qarşı ayrı-seçkiliyə son qoyulmasını tələb edən Antonio Vitorino irqi, etnik mənsubiyyəti, milliyyəti və ya immiqrant statusu əsasında ayrı-seçkiliyin qəbuledilməz olduğunu bildirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəsmisi Kelli Klements bildirib ki, ukraynalı qaçqınların sayı 5 milyona yaxındır.



Әlaqәli Xәbәrlәr