Çin, Rusiya ilə strateji əməkdaşlığı gücləndirir

Çin xarici işlər nazirinin müavini Le Yuçenq “nə olursa olsun Rusiya ilə strateji əməkdaşlığı gücləndirəcəklərini” bəyan edib.

1814972
Çin, Rusiya ilə strateji əməkdaşlığı gücləndirir

Nazirlikdən verilən məlumata görə, Le, bunu Rusiyanın Pekindəki səfiri Andrey İvanoviç Denisov ilə keçirdiyi görüş zamanı deyib.

Le, iki ölkə arasındakı əlaqələr, regional və qlobal hadisələrin müzakirə olunduğu görüşdən sonra verdiyi açıqlamasında  Çin dövlət başçısı Si Cinpin və Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında Çin və Rusiyanın yeni dövr üçün hərtərəfli strateji koordinasiya ortaqlığını inkişaf etdirməyə davam etdiyini, bu əməkdaşlığın müxtəlif sahələrdə irəli pillələrə  qaldırılması  uğrunda addımlar atıldığını qeyd edib. İki ölkə arasındakı əlaqələrin əhəmiyyətinə diqqət çəkən Le: “Beynəlxalq siyasət nə qədər dəyişsə də, Çin Rusiya ilə qazan-qazan əməkdaşlıq və bəşəriyyətin gələcəyi üçün strateji koordinasiyanı gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, yeni beynəlxalq münasibətlərin güclənməsinə töhfə verəcək addımlar atmağa davam edəcək”.

Denisov da öz növbəsində  deyib: “Çin ilə münasibətlərin inkişafı Rusiyanın diplomatik prioritet hesab edilir. Beynəlxalq bərabərlik və ədaləti  qorumaq üçün iki dövlət başçısının müəyyən etdiyi istiqamətdə hərtərəfli strateji koordinasiyanı və çoxşaxəli praktiki əməkdaşlığı daha da irəli pillələrə qaldırmağa hazırıq” .



Әlaqәli Xәbәrlәr