Rusiya: "Toçka-U" taktiki raketi ələ keçirildi

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Ukraynaya məxsus iki “Toçka-U” taktiki raketinin ələ keçirildiyini bildirib.

1814488
Rusiya: "Toçka-U" taktiki raketi ələ keçirildi

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Ukraynaya məxsus iki “Toçka-U” taktiki raketinin ələ keçirildiyini bildirib.

İqor Konaşenkov ölkəsinin fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə ilə bağlı paytaxt Moskvada açıqlama verib.

Dünən gecə Ukraynada 13 hərbi elementin yüksək dəqiqlikli raketlərlə vurulduğunu bildirən Konaşenkov deyib:

"Çervona Polyana və Balakliya yaşayış məntəqələrində iki "Toçka-U" taktiki raket başlıqlarının olduğu anbar vurulub. Petropilya və Mala Komişuvaha yaşayış məntəqələrində isə Ukraynaya məxsus iki "Toçka-U" taktiki raketi ələ keçirilib". 

Konaşenkov Ukrayna ordusuna məxsus 140 təyyarə, 487 pilotsuz uçuş aparatı, 252 hava hücumundan müdafiə raket sistemi, o cümlədən 2 min 353 tank və zirehli texnika, 256 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 1,14 haubitsa və minaatan, 2 min 208 xüsusi təyinatlı hərbi texnikanın məhv edildiyini bildirib.

Rusiyanın Belqorod bölgəsinin qubernatoru Vyaçeslav Qladkov isə "Telegram" kanalında verdiyi açıqlamada Ukraynanın bölgədəki Qolovchino kəndini atəşə tutduğunu bildirib.

Hadisə yerinə çatdığını deyən Qladkov hücum zamanı 3 nəfərin yaralandığını, 30-dan çox evə ziyan dəydiyini söyləyib.



Әlaqәli Xәbәrlәr