BMT: Ukraynada ən az 2 min 72 mülki şəxs həlak olub

Rusiya-Ukrayna müharibəsində Ukraynada ən az 2 min 72 dinc sakin həlak olub, 2 min 818 nəfər yaralanıb, 4 milyon 934 min 415 nəfər hücumlardan sonra qonşu ölkələrə köçüb.

1814029

Bunu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Ukraynadakı qaçqın böhranı ilə bağlı verdiyi bəyanatda bildirib.

Bəyanatda yarısından çoxu Polşaya gedən Ukraynadan 4 milyon 934 min 415 nəfərin 24 fevral-17 aprel tarixləri arasında qonşu ölkələrə getdiyi bildirilib.

Qonşu ölkələr arasında Polşa (2 milyon 780 min 913), Rumıniya (743 min 880), Rusiya (522 min 404), Macarıstan (461 min 539), Moldova (423 min 852), Slovakiya (337 min 311) və Belarus (23 min 469) yer alıb. Donetsk və Luqansk bölgələrindən isə 18-23 fevralda 105 min nəfərin Rusiyaya keçdiyi ifadə edilib. 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu bildirib ki, ümumi rəqəm yüksəkdir, çünki bəzi ukraynalı qaçqınlar qonşu ölkələr arasında səyahət edirlər.

BMT-yə bağlı Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) da 7,1 milyon dinc sakinin Ukrayna daxilində didərgin düşdüyünü açıqlayıb.

Әlaqәli Xәbәrlәr