Kiyevin Brovarı rayonuna raket zərbələri endirilib

Bu barədə Brovarı rayonunun meri İqor Sapojko "Facebook" səhifəsində məlumat verib

1813329
Kiyevin Brovarı rayonuna raket zərbələri endirilib

 

  Aprelin 17-də səhər saatlarında Kiyev vilayətinin Brovarı rayonu Rusiya ordusunun raket hücumuna məruz qalıb. Bir neçə infrastruktur obyektinə ziyan dəyib.

  Bu barədə Brovarı rayonunun

meri İqor Sapojko "Facebook" səhifəsində məlumat verib.

  Əhalini sakitliyə çağıran mer bildirib ki, raket zərbələri nəticəsində şəhərin elektrik enerjisi və su təminatında problemlər yarana bilər. Bütün xidmətlər gücləndirilmiş rejimdə işləyir.



Әlaqәli Xәbәrlәr