Rusiya “Moskva” kreyserinin batması barədə məlumat yayıb

Rusiya Qara dəniz donanmasına məxsus “Moskva” kreyserinin batması barədə məlumat yayıb.

1812689
Rusiya “Moskva” kreyserinin batması barədə məlumat yayıb

Rusiya Qara dəniz donanmasına məxsus “Moskva” kreyserinin batması barədə məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın "Neptun" raketi ilə vurduğunu açıqladığı Rusiyanın Qara dəniz donanmasına aid "Moskva" gəmisinin son durumu ilə bağlı məlumat verib. 

Məlumatda “"Moskva" kreyseri təyinat limanına çəkilən zaman sursatların partlaması nəticəsində yanğın zamanı gövdəyə ziyan dəydiyindən gəmi dayanıqlığını itirib. Gəmi fırtınalı dənizlər şəraitində batıb".

A“Əvvəlcədən xəbər verildiyi kimi, kreyserin ekipajı ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib”, - Rusiya Müdafiə Nazirliyi bildirib.

Müdafiə Nazirliyi əlavə edib ki, cümə axşamı gecəsi Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserində döyüş sursatını işə salan yanğının baş verməsi barədə məlumat verib. "Ekipaj tamamilə təxliyə olunub.

Kreyserin üzən vəziyyətdə olduğu bildirilən məlumatda yanğının səbəbinin araşdırıldığı və gəminin limana çəkilməsi işlərinə başlanıldığı bildirilib.

Xatırladaq ki, Ukrayna hakimiyyəti aprelin 13-də Qara dənizdə Rusiyanın “Moskva” kreyserini "Neptun" raketi ilə vurduqlarını və gəmidə yanğın baş verdiyini açıqlayıb. Qeyd edilib ki, kreyserin ekipajında ​​təxminən 510 nəfər olub.

Ukrayna mətbuatı fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin ilk günlərində İlan adasında ukraynalı əsgərlərə hücum edən Moskva kreyserinin 2014-cü ildə Krımın qanunsuz ilhaqı zamanı Ukrayna gəmilərinin sahildən çıxmasının qarşısını aldığını yazıb. 

“Moskva” kreyseri 700 kilometr mənzilli 16 gəmi əleyhinə raket, həmçinin S-300 hava hücumundan müdafiə raket sistemi ilə təchiz edilmiş gəmi kimi tanınır.

2015-ci ildə gəmi Rusiya donanmasının Aralıq dənizindəki daimi əməliyyat qrupuna rəhbərlik edib və Rusiyanın Suriyadakı Hmeymim Hərbi Hava Bazasının mühafizəsinə xidmət edib.



Әlaqәli Xәbәrlәr