“Rusiyalı nazirin sözlədiklərinin əksinə olaraq, Ukrayna sazişə sadiqdir”, D.Araxamiya

Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri olan David Araxamiya “Telegram” hesabında verdiyi açıqlamada danışıqların onlayn şəkildə davam etdiyini bildirərək deyib...

1811379
“Rusiyalı nazirin sözlədiklərinin əksinə olaraq, Ukrayna sazişə sadiqdir”, D.Araxamiya

 

  Ukrayna Xalqın Qulluqçusu Partiyasının sədri David Araxamiya “Rusiyanın bəyanatlarının əksinə olaraq, Ukrayna tərəfi İstanbul razılaşmasına sadiqdir və mövqeyini dəyişməyib” deyib.

  Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri olan David Araxamiya “Telegram” hesabında verdiyi açıqlamada danışıqların onlayn şəkildə davam etdiyini bildirib: "Rusiya xarici işlər nazirinin sözlədiklərinin əksinə olaraq, Ukrayna tərəfi mart ayında olan İstanbul razılaşmasına sadiqdir və mövqeyini dəyişməyib. Yeganə fərq odur ki, Ukrayna tərəfi bütün əlavə məsələləri nəzərə almayıb. Ola bilsin ki, bu, danışıqlar prosesinin hazırkı vəziyyətinin yanlış şərh edilməsinə səbəb olub”.

  Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna tərəfinin İstanbulda ölkəsi ilə apardığı danışıqlar nəticəsində əldə olunan razılaşmaları rədd etdiyini və danışıqların dalana dirəndiyini söyləyib.

  Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, Ukrayna tərəfi danışıqlar zamanı öz təkliflərindən geri çəkilməyə və təxribatlar törətməyə başlayıb.



Әlaqәli Xәbәrlәr