Nikol Paşinyan ölkəsi  ilə  Türkiyə arasındakı danışıqlara münasibət bildirib

Paşinyan Ermənistan parlamentindəki çıxışında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəyərləndirib.

1811731
Nikol Paşinyan ölkəsi  ilə  Türkiyə arasındakı danışıqlara münasibət bildirib

Ermənistanın baş naziri Paşinyan vurğulayıb ki, “ Ankara ilə danışıqlar davam etdirilməli və dialoq bərpa olunmalıdır. Türkiyə ilə danışıqlarda durğunluğa yol verməmək üçün əlimizdən gələni etməliyik. Biz başa düşürük ki, prosesin nəticələri o qədər də sürətli olmaya bilər və bunu beynəlxalq tərəfdaşlarımıza da deyirik. Amma sürətli nəticə olmasa, durğunluq  yaşana  bilər. Belə bir  vəziyyətlə  qarşılaşmamaq  üçün  kiçik addımlarla irəliləməyi bacarmaq lazımdır. Beynəlxalq tərəfdaşlarımız Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına tam dəstək verir”-deyə  Paşinyan  vurğulayıb.



Әlaqәli Xәbәrlәr