Liviyada miqrantları daşıyan qayıq batıb

Liviyanın Surman şəhərinin sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 4 nəfər həyatını itirib.

1811003
Liviyada miqrantları daşıyan qayıq batıb

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Liviyadakı ofisinin sosial media hesabında bu barədə açıqlama verilib. Bildirilib ki, batan gəminin göyərtəsində ən az 20 nəfər olub. 4 nəfərin həyatını itirdiyi və iki nəfərin sağ xilas edildiyi qəza nəticəsində 14 qeyri-qanuni miqrat itkin düşüb.

Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə cari ilin əvvəlindən bəri ən azı 475 qeyri-qanuni miqrant mərkəzi Aralıq dənizini keçməyə cəhd edərkən həlak olub.



Әlaqәli Xәbәrlәr