“Rusiyanın Ukraynada hərbi əməliyyatlarının məqsədi nədir?” S.Lavrov

“Rossiya-24” dövlət televiziya kanalına verdiyi müsahibədə Ukraynadakı müharibə ilə bağlı S.Lavrov bunları deyib...

1810663
“Rusiyanın Ukraynada hərbi əməliyyatlarının məqsədi nədir?” S.Lavrov

 

  Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı əməliyyatlarla məqsədin Amerika Birləşmiş Ştatları və onun nəzarətində olan digər Qərb ölkələrinin dünyada hegemonluğuna son qoymaq olduğunu söylədi.

  “Rossiya-24” dövlət televiziya kanalına verdiyi müsahibədə Ukraynadakı müharibə ilə bağlı S.Lavrov bunları deyib: “Ukraynada Rusiyanın hərbi əməliyyatlarının məqsədi ehtiyatsız ekspansiyaya - ABŞ və onun tabeliyində olan digər Qərb ölkələrinin beynəlxalq arenada tam hegemonluq anlayışına son qoymaqdır. Bu hegemonluq beynəlxalq hüququn kobud şəkildə pozulması ilə qurulub.

  ABŞ minlərlə kilometr uzaqlıqdakı İraqda öz təhlükəsizliyinə təhdid deyə bu ölkəni bombaladı. Nə qədər axtarsa da, əslində heç bir təhlükə tapmadı, olmadığını bildi, heç üzr istəmədi.

  Neonasistlər və ultra-radikallar okeanın o tayında deyil, Rusiyanın içində də çoxaldıqca, Pentaqon xəttində bioloji hərbi laboratoriyalar yarandıqca, bioloji silahlar üçün eksperimentlər aparıldıqca bu təhlükələrə reaksiya verməmək mümkün deyil.

  Rusiya prezidenti Vladimir Putin dəfələrlə danışıqlara üstünlük verdi.

  Ukrayna tərəfi hər dəfə 180 dərəcə dönsə də, yenə danışıqları davam etdirməmək üçün heç bir səbəb görmürəm.

  Təklifimizi Ukrayna nümayəndə heyəti rədd etdi, amma biz səbrli və əzmkarıq.

  Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cozep Borrelin “Ukraynadakı vəziyyətin hərbi yolla həllindən başqa alternativ olmadığına dair bəyanatı” və bu kimi bəyanatlar oyunun qaydalarını ciddi şəkildə dəyişdirir.

  C.Borrell Aİ diplomatiyası tərəfdarıdır. Amma münaqişənin yalnız hərbi yolla həll olunacağını deyir. Bu da o deməkdir ki, o ya şəxsi nəsə yığır, ya dilini sürüşdürür, ya da düşünmədən danışır".

  Ukraynada Rusiyaya qarşı yenə təxribatlar olacaq. Rusiya öz ordusunun Buça hadisələri ilə bağlı xronoloji arqumentləri video görüntülərlə təqdim etdi.

  Diqqət edin, Buça bir neçə həftə gündəmdə ikən onlar Kramatorskda tez sakitləşdilər. Bu, bizdə “Toçka-U”nun olmadığı, o günlərdə təqdim edilən ballistik faktlar və sübutlardan sonra oldu".



Әlaqәli Xәbәrlәr