Rusiya: Türkiyenin təşəbbüsü ilə Mariupoldan təxliyələr üçün dəhliz açırıq

Mixail Mizintsev Ukraynadakı humanitar yardım dəhlizləri və mülki şəxslərin təxliyəsi ilə bağlı açıqlamalar verib.

1806417
Rusiya: Türkiyenin təşəbbüsü ilə Mariupoldan təxliyələr üçün dəhliz açırıq
kiev siviller metro 13.jpg

Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev Türkiyenin təşəbbüsü ilə aprelin 4-ü səhər saatlarında Mariupoldan dinc sakinlərin xilas edilməsi üçün humanitar dəhlizi yenidən açacaqlarını bildirib.
Mizintsev Ukraynadakı humanitar yardım dəhlizləri və mülki şəxslərin təxliyəsi ilə bağlı açıqlamalar verib.

Rusiyanın münaqişə zonalarından mülki və əcnəbi vətəndaşların təxliyyəsi ilə bağlı sistemli və koordinasiyalı iş apardığını bildirən Mizintsev hər gün Moskva vaxtı ilə saat 10:00-dan etibarən Xarkov və Mariupol istiqamətlərində humanitar yardım dəhlizləri açdıqlarını bildirib.

Ukrayna tərəfinin gün ərzində Zaporojye və Donetsk istiqamətlərində 7 dəhliz açdığını, lakin bu dəhlizlərin heç birinin Rusiya tərəfində olmadığını bildirən Mizintsev Rusiya tərəfinin Ukrayna tərəfindən elan edilənlər də daxil olmaqla bütün marşrutlarda atəşkəsə əməl etdiyini vurğulayıb.. 

Rusiyanın xarici dövlətlərin və beynəlxalq təşkilatların bütün müsbət humanitar təşəbbüslərini alqışladığını və operativ reaksiya verdiyini qeyd edən Mizintsev martın 31-də Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun, aprelin 3-də isə Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğanın isə Rusiya prezidenti Vladimir Putindən istəkləri nəticəsində Rusiya tərəfi mülki əhalinin və xarici vətəndaşların Mariupoldan Berdyansk şəhərinə təxliyəsi üçün bütün lazımi şəraiti təmin edib.

Mizintsev ayrıca Krım və ya Zaporojye istiqamətləri və seçilmiş dəniz marşrutu üçün lazımi tədbirlərin görüldüyünü də bəyan edib.

Buna baxmayaraq, bu istiqamətlərdə hazırlanan humanitar yardım əməliyyatının silahlı hücumlarla kəsildiyini iddia edən Mizintsev Türkiyə, Fransa və Almaniya rəhbərliyinin təşəbbüsü ilə başladılan Rusiya tərəfindən hərtərəfli dəstəklənən humanitar yardım əməliyyatının Kiyev rəhbərliyi tərəfindən kobudcasına göz ardı edildiyini irəli sürüb.

Türkiyenin təşəbbüsü ilə aprelin 4-də səhər saat 6:00-da Rusiyanın Mariupoldan mülki vətəndaşların və xarici vətəndaşların xilas edilməsi üçün humanitar dəhliz açacağını açıqlayan Mizintsev eyni zamanda, hərbi əməliyyatda iştirak edən gəmilərin təxliyəyə daxil olan gəmilərin beynəlxalq dəniz hüququ normalarına uyğun olaraq Berdyansk limanına giriş-çıxışını təmin etməyə hazır olduğunu bildirib. 

Bu humanitar əməliyyatın uğurunun yalnız Ukrayna tərəfindən asılı olduğunu qeyd edən Mizintsev deyib ki, bölgədəki millətçi birləşmələrə məxsus silahlı qüvvələri əslində Kiyevə bağlı olmadığı üçün elan edilmiş humanitar dəhlizləri daim bombalayır.

Ukrayna tərəfinin mülki şəxslərin təxliyəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini əsas gətirən Mizintsev “İnsani koridor yaratma və vətəndaşları Mariupol istiqamətində təxliyə etmə əməliyyatı zamanı Ukrayna hakimiyyətinin atəşkəsi təmin etmək üzrə öhdəliklərini ciddi şəkildə yerinə yetirməsini təmin etmək üçün türk həmkarlarımızın dəstəyinə etimad edirik" deyib.



Әlaqәli Xәbәrlәr