Rusiya Ukraynanın Odessa şəhərini bombaladı

Odessa Vilayət Administrasiyasının verdiyi məlumata görə...

1806204
Rusiya Ukraynanın Odessa şəhərini bombaladı

 

  Aprelin 3-də səhər saatlarında Ukraynanın Odessa şəhəri raket hücumuna məruz qalıb.

  Odessa Vilayət Administrasiyasının verdiyi məlumata görə, Odessanın müvafiq infrastrukturu raketlə vurulub. Bəzi raketlər havada zərərsizləşdirilib.

Əhaliyə sığınacaqlarda və pəncərədən kənar yerlərdə qalmağı tövsiyə edilir.

  Rusiya Ukraynanın Odessa şəhəri yaxınlığındakı neft emalı zavodunu və yanacaq anbarını yüksək dəqiqlikli raketlərlə vurduğunu bildirib.

  Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiyanın Ukrayna müharibəsindəki əməliyyatları ilə bağlı açıqlama verərək deyib: “Rusiya ordusu Ukraynadakı hədəflərə qarşı yüksək dəqiqlikli silahlardan istifadə edir. 3 aprel səhəri hava və yerüstü yüksək dəqiqlikli raketlər Odessa yaxınlığındakı Nikolayv istiqamətində Ukrayna qoşunlarını yanacaqla təmin edən bir neft emalı zavodu və 3 yanacaq çənini vurub.  

  Rusiya Hərbi Hava Qüvvələri Kudryaşovka və Şurovka yaşayış məntəqələri ətrafında havada 2 pilotsuz uçuş aparatını (PUA) və gecə saatlarında Ukrayna ordusuna aid 51 hərbi vasitəsini məhv edib.

  Bu günə qədər Ukrayna ordusuna məxsus 125 təyyarə, 88 helikopter, 383 PUA, 221 hava hücumundan raketlə müdafiə sistemi, 1903 tank və zirehli texnika, 207 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 805 haubitsa və minaatan, 1781 xüsusi təyinatlı hərbi maşın vurulub.”



Әlaqәli Xәbәrlәr