Avropa İttifaqının Mariupol şəhərindəki ofisi vurulub

Avropa İttifaqı (Aİ) Ukraynanın Mariupol şəhərindəki ofisinin Rusiya qüvvələri tərəfindən hədəf alındığını bildirib.

1804222
Avropa İttifaqının Mariupol şəhərindəki ofisi vurulub

Avropa İttifaqı (Aİ) Ukraynanın Mariupol şəhərindəki ofisinin Rusiya qüvvələri tərəfindən hədəf alındığını bildirib.

Avropa İttifaqının Xarici Əlaqələr Xidmətindən verilən yazılı açıqlamaya görə, bir müddət əvvəl Aİ-nin Mariupolda fəaliyyət göstərən missiya binasının Rusiya qüvvələri tərəfindən vurulduğuna dair etibarlı məlumat əldə edilib.

Hadisə zamanı bina və avadanlıqlara ciddi ziyan dəysə də, missiya üzvlərindən xəsarət alan olmayıb.

Bəyanatda "Bu hücumları, mülki əhalini və mülki infrastrukturu hədəf alan hücumları qətiyyətlə pisləyirik. Rusiyadan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnamələrinə və Beynəlxalq Ədalət Məhkəməsi əmrinə uyğun olaraq dərhal və qeyd-şərtsiz öz qüvvələrini və hərbi texnikasını bütün Ukraynadan çıxarmasını tələb edirik" deyilib.

Mariupol meri Vadim Boyçenko bazar ertəsi verdiyi açıqlamada şəhərin Rusiya ordusu tərəfindən mühasirəyə alınmasından sonra 210 uşaq daxil olmaqla 5 min insanın həyatını itirdiyini bildirib.



Әlaqәli Xәbәrlәr