Peskov "Üzbəüz danışıqlara başlamaq qərarı da özlüyündə vacibdir”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna nümayəndə heyətlərinin bu gün Türkiyəyə səfər edəcəyini bildirib.

1803076
Peskov "Üzbəüz danışıqlara başlamaq qərarı da özlüyündə vacibdir”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna nümayəndə heyətlərinin bu gün Türkiyəyə səfər edəcəyini bildirib.

Peskov "Üzbəüz danışıqlara başlamaq qərarı da özlüyündə vacibdir”. deyib.

Peskov paytaxt Moskvada verdiyi açıqlamada Rusiya ilə Ukrayna arasında Türkiyədə davam etməsi gözlənilən danışıqlarla bağlı qiymətləndirmələr edib.

Danışıq heyətlərinin bu gün Türkiyəyə gedəcəyini qeyd edən Peskov deyib:

"Bu gün danışıqların davam etdirilməsi ehtimalı azdır. Nümayəndə heyətləri bu gün Türkiyəyə gedir. Amma nəzəri olaraq sabah başlaya bilərlər".

Peskov danışıqlar prosesini şərh etməkdən imtina edərək, "Hətta üz-üzə danışıqlara başlamaq qərarı da özlüyündə vacibdir. Amma hələlik biz danışıqlarla bağlı heç bir təfərrüatı açıqlamamaq siyasətimizə sadiqik. Hesab edirik ki, bu, yalnız danışıqlar prosesinə zərər verə bilər" deyib.

Xarici işlər naziri Sergey Lavrov da "Rusiya və Ukrayna arasında üzbəüz danışıqlar bu gün-sabah İstanbulda yenidən başlayacaq. Ümid edirik ki, danışıqlar uğurla yekunlaşacaq" deyə bildirib.



Әlaqәli Xәbәrlәr