“Ən böyük problem ABŞ-ın həddindən artıq tələbləridir”, H.Ə.Abdullahiyan

İran dövlət televiziyasında çıxışında Abdullahiyan danışıqlarda razılaşma nöqtəsinə yaxınlaşdıqlarını, lakin hələ də həll olunmamış məsələlərin qaldığını, ən böyük problemin ABŞ tərəfinin həddindən artıq tələbləri olduğunu bildirərək deyib...

1802484
“Ən böyük problem ABŞ-ın həddindən artıq tələbləridir”, H.Ə.Abdullahiyan

 

  İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avstriyanın paytaxtı Vyanada keçirilən nüvə müzakirələrində razılığa gəlmək üçün İnqilab Mühafizıçiləri Ordusu (DMO), İran təşkilatları və nümayəndələrinə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmalı olduğunu bildirib.

  İran dövlət televiziyasında çıxışında Abdullahiyan danışıqlarda razılaşma nöqtəsinə yaxınlaşdıqlarını, lakin hələ də həll olunmamış məsələlərin qaldığını, ən böyük problemin ABŞ tərəfinin həddindən artıq tələbləri olduğunu bildirərək deyib: “ABŞ prezidenti cənab Co Baydenin bizə verdiyi vicdanlı mesajlarla ifrat tələbləri bir-birinə uyğun gəlmir və danışıqlar çərçivəsindən kənardadır.

  ABŞ sanksiyalarının aradan qaldırılması istiqamətində böyük irəliləyiş əldə edilib və rəsmi Vaşinqton da ciddi yanaşarsa, müqavilə bağlanıla bilər.

  Nüvə müzakirələrində Avropa tərəfləri ilə razılığa gəlmişik. ABŞ-ın mövqeyinə görə danışıqlar nəticəsiz qalarsa, buna görə artıq rəsmi Vaşinqton administrasiyası məsuliyyət daşıyacaq.

  Razılaşmanın əldə edilməsi üçün ABŞ-ın “Xarici terror təşkilatları” siyahısına saldığı İran İnqilab Mühafizləri Ordusu, İran təşkilatı və nümayəndələrinə qarşı sanksiyalar da ləğv edilməlidir.

  Danışıqlarda yaxşı və qalıcı razılaşma əldə etməyə çalışırıq.”



Әlaqәli Xәbәrlәr