Rusiya Xarkov şəhərində mülki şəxslərə hücum edib

Rusiyanın Ukraynanın Xarkov şəhərində mülki şəxslərə humanitar yardımın aparıldığı bölgəyə təşkil etdiyi hücumda 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

1802066
Rusiya Xarkov şəhərində mülki şəxslərə hücum edib

Rusiyanın Ukraynanın Xarkov şəhərində mülki şəxslərə humanitar yardımın aparıldığı bölgəyə təşkil etdiyi hücumda 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

Rusiyanın Ukraynaya hücumları 30-cu günündə də davam edir.

Xarkov valisi Oleq Sinegubov Rusiyanın həyata keçirdiyi hücumlar nəticəsində bir çox mülki yaşayış məntəqəsinin zərər gördüyünü bildirib. 

O "Ruslar Xarkovda humanitar yardım zamanı gözləyən mülki vətəndaşları uzaqmənzilli raketlərlə hədəfə alıblar. İlk təsbitlərə görə 6 nəfər həyatını itirib, 15 nəfər isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib".

Xarkov polisinin verdiyi açıqlamada “Rusiya işğalçıları Xarkovda dinc sakinləri öldürməkdə davam edir. Səhər mülki infrastruktur obyektləri çoxsaylı reaktiv yaylım atəşi sistemləri ilə bombalanıb" deyilib.

Rusiyanın hədəf aldığı nöqtənin yaxınlığında hərbi infrastruktur obyektlərinin olmadığı bildirilib.



Әlaqәli Xәbәrlәr