“Kombinezonlarımızın Ukrayna bayrağı ilə əlaqəsi yoxdur”, O.Artemyev

Rusiyalı kosmonavtlardan Oleq Artemyev sözügedən mövzu ilə bağlı deyib...

1798566
“Kombinezonlarımızın Ukrayna bayrağı ilə əlaqəsi yoxdur”, O.Artemyev

 

  Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilən üç rusiyalı kosmonavt sarı və mavi uçuş kostyumu geyinməyin Ukrayna ilə heç bir əlaqəsi olmadığını bildirib.

  Rusiyalı kosmonavtlardan Oleq Artemyev sözügedən mövzu ilə bağlı deyib: “Bizim formamızda gizli işarə və ya simvol axtarmağa ehtiyac yoxdur. Kombinezonların Ukrayna bayrağını xatırladan rəngləri sadə rənglərdir və Ukrayna ilə heç bir əlaqəsi yoxdur.

  Hər bir ekipaj kombinezonların rənglərini kosmosa göndərilməmişdən 6 ay əvvəl seçir və kombinezonlar fərdi şəkildə tikilir.

  Biz kosmosda olsaq belə, prezidentimiz və xalqımızın yanındayıq.

  Xatırladaq ki, Rusiya Kosmik Agentliyinin (Roskosmos) kosmonavtları Denis Matveyev, Sergey Korsakov və Oleq Artemyev martın 18-də Qazaxıstanın “Baykonur” kosmodromundan “Soyuz MS-21” kosmik gəmisi ilə kosmosa uçublar. Onların Ukrayna bayrağını xatırladan sarı və mavili kombinezon geyiniblər.



Әlaqәli Xәbәrlәr