İranda zəlzələ olub

İranın cənubundakı Hörmüzqan əyalətində 6 bal gücündə zəlzələ baş verib.

1796990
İranda zəlzələ olub

İranın cənubundakı Hörmüzqan əyalətində 6 bal gücündə zəlzələ baş verib.

Tehran Universitetinin Seysmologiya Mərkəzinin məlumatına görə, episentri Hörmüzqan vilayətinin Kuherd şəhərində baş verən 6 bal gücündə zəlzələ yerli vaxtla saat 02:45-də, 10 kilometr dərinlikdə baş verib.

Ölkə mətbuatının məlumatına görə, ətraf şəhərlərdə hiss edilən və panikaya səbəb olan zəlzələdə can və ya mal itkisi ilə bağlı hələlik açıqlama verilməyib.

Hörmüzqan əyaləti ölkənin cənubunda, Fars körfəzi sahilində yerləşir.



Әlaqәli Xәbәrlәr