Mirzoyan: “Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazırdır”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.

1796045
Mirzoyan: “Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazırdır”

Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan verdiyi açıqlamada deyib.

O qeyd edib ki, həmkarından bu məqsədə çatmaq üçün siyasi iradənin olduğunu eşitməkdən məmnun olub.

“Hesab edirəm ki, sürətlə dəyişən dünyada konkret addımlar atmaqdan çəkinməməliyik. Sərhədlərin açılması iki ölkə arasında ticari-iqtisadi əlaqələrə, xalqlar arasında münasibətlərə və regionun ümumi sabitliyinə müsbət təsir göstərəcək”, - deyə o bildirib.

Ararat Mirzoyan erməni xalqının normallaşma prosesinə yanaşması ilə bağlı “Ümumiyyətlə Ermənistan xalqı Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir. Bu, ictimai rəy sorğularında da özünü göstərir” deyib.



Әlaqәli Xәbәrlәr