Rusiya 5 şəhərdə müvəqqəti atəşkəs elan etdi

Rusiya paytaxt Kiyev də daxil olmaqla Ukraynanın 5 şəhərindən mülki əhalinin təxliyyəsi üçün Moskva vaxtı ilə saat 10:00-dan başlayaraq müvəqqəti atəşkəs elan etdiyini açıqlayıb.

1792070
Rusiya 5 şəhərdə müvəqqəti atəşkəs elan etdi

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna şəhərlərində humanitar vəziyyətin pisləşdiyinə diqqət çəkilib. Mülki şəxslərin və əcnəbi vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin valib olduğu ifadə edilən açıqlamada: “Rusiya martın 9-da Moskva vaxtı ilə saat 10:00-dan etibarən atəşkəs elan edir və humanitar dəhlizlər yaratmağa hazırdır”.

Ukraynanın Kiyev, Çerniqov, Sumi, Xarkov və Mariupol şəhərlərində evakuasiya üçün humanitar yardım dəhlizlərinin yaradılacağı ifadə edilən bəyanatda təxliyyə zamanı müəyyən ediləcək marşrutlarda təhlükəsizliyin Ukrayna administrasiyası tərəfindən təmin edilməli olduğu vurğulanıb.

Xatırladaq ki, Rusiya əsgərləri fevralın 24-də Ukraynaya hərbi müdaxilə başladıb.



Әlaqәli Xәbәrlәr