AHİM-dən Rusiyaya çağırış

Avropa İnsan Hüquqları Məhkəməsi (AHİM) Rusiyanı Ukraynada mülki şəxslərə, yaşayış məntəqələrinə, nəqliyyat vasitələrinə, xəstəxanalara və məktəblərə hərbi hücumları dayandırmağa çağırıb.

1788115
AHİM-dən Rusiyaya çağırış

AİHM-dən verilən yazılı açıqlamada, dünən Ukraynanın məhkəməyə müraciət edərək, Rusiya hərbçilərinin suveren ərazisinə qarşı hərbi hücumu zamanı törətdiyi insan haqları pozuntularına görə, sözmövzusu ölkələ qarşı müvəqqəti tədbirlərin tətbiqini tələb etdiyi bildirilib.

Qeyd edilib ki, məhkəmə Ukraynanın tələbini araşdırıb və Ukraynada fevralın 24-də başlayan hərbi əməliyyatların Avropa İnsan Hüquqları Konvensiyasının (AİHM) yaşamaq hüququ, işgəncənin qadağan edilməsi və mülki əhalinin şəxsi və ailə həyatına hörmət hüququ ilə bağlı maddələrini pozma riski daşıdığı qərarına gəlib. Rusiyanı mülki əhaliyə, yaşayış məntəqələrinə, nəqliyyat vasitələrinə, xəstəxana və məktəb kimi yerlərə qarşı hərbi hücumlarını dayandırmağa, səhiyyə müəssisələri və personalının təhlükəsizliyini təmin etməyə çağırılıb.



Әlaqәli Xәbәrlәr