Xamenei: "Ukrayna ABŞ-ın qurbanı oldu"

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei Ukraynadakı müharibəyə ABŞ-ın böhran yaratma siyasətinin səbəb olduğunu bildirib.

1787708
Xamenei: "Ukrayna ABŞ-ın qurbanı oldu"

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei Ukraynadakı müharibəyə ABŞ-ın böhran yaratma siyasətinin səbəb olduğunu bildirib.

Xamenei dövlət televiziyasında canlı yayımlanan çıxışında Ukraynadakı müharibəyə toxunub.

ABŞ-ı “mafiya rejimi” kimi xarakterizə edən Xamenei "Bu mafiya rejimi dünyanın böhran içində olmasına ehtiyac duyur. Ona görə də bütün dünyada böhranlar yaradırlar" deyib.

"Ukrayna ABŞ-ın böhran yaratma siyasətinin qurbanı olub. Biz Ukraynada müharibənin dayandırılmasının tərəfdarıyıq, lakin istənilən böhranın dərmanı onun köklərini müəyyən etməkdir. Ukraynadakı böhranın kökü də ABŞ-dır", deyə o bildirib.

Xamenei Rusiyanın Ukraynaya hücumları ilə bağlı deyib:

"İnsanların qətlə yetirilməsini və xalqların infrastrukturlarının məhv edilməsini qəbul etmirik və bu, bizim qəti bəyanatımızdır. ABŞ və Avropaya güvənən hökumətlər bilməlidirlər ki, bu dəstəklər bir ilğımdır və real deyil.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr