Ərəb Dövlətləri Liqasının sammiti təxirə salındı

Əlcəzair prezidenti Abdulmecid Tebbun gələn ay keçirilməsi gözlənilən Ərəb Zirvəsinin bu ilin son rübündə baş tutacağını açıqlayıb.

1779456
Ərəb Dövlətləri Liqasının sammiti təxirə salındı

TRT-nin ölkənin rəsmi telekanalına istinad etdiyi  xəbərə görə, Prezident Tebbun Əlcəzairdə keçiriləcək sammitin tarixinin hələ dəqiq bilinmədiyini, ölkəsinin təklifi ilə mart ayında Misirin paytaxtı Qahirədə keçiriləcək ərəb xarici işlər nazirlərinin toplantısında konkret tarixin  müəyyən ediləcəyini bildirib.

Prezident Tebbun zirvə toplantısının 2022-ci ilin son rübünə təxirə salınmasının səbəbinin ərəb liderləri arasında yaranan fikir ayrılıqları olduğuna dair iddiaların doğru olmadığını bildirdib.

Tədbirin ərəb ölkələrinin dirçəlməsində və Ərəb Liqasının prinsiplərinə yenidən baxılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Qeyd edək ki, Ərəb sammiti yeni növ koronavirus səbəbindən 2020 və 2021-ci illərdə keçirilmədi.



Әlaqәli Xәbәrlәr