İran: Nüvə müzakirələrində irəliləyiş çətinləşir

İran Avstriyanın paytaxtı Vyanada davam edən nüvə müzakirələrində irəliləyişin getdikcə çətinləşdiyini və Qərb ölkələrinin öhdəliklərindən yayınmaq üçün təşəbbüs göstərməyə davam etdiyini açıqlayıb.

1778070

İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxani "Twitter" hesabından verdiyi açıqlamada, Vyanada keçirilən nüvə danışıqlarında İranın xarici işlər nazirinin müavini Əli Bakiri ilə telefon danışığında Vyana danışıqlarına dair iki məsələnin yekunlaşdığını bildirib. 

İran rəsmisi "İranlı müzakirəçilərin Tehranın məntiqi və hüquqi göstərişlərini irəli sürmək vəzifəsinin çətinliyi hər gün daha da artır. Qərb tərəfləri öz öhdəliklərindən yayınmaq üçün təşəbbüs göstərməkdə davam edirlər" ifadələrdən istifadə edib.

Vyanada Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və İranın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə nüvə sazişinin tam icrasının təmin edilməsi və ABŞ-ın sazişə qayıtması ilə bağlı nüvə danışıqları keçirilir. 2018-ci ildə razılaşmadan birtərəfli qaydada çıxmış ABŞ isə Avropa İttifaqı (Aİ) vasitəsilə danışıqlarda iştirak edir.

İran hökumətinin ən yüksək təhlükəsizlik qurumu hesab edilən Milli Təhlükəsizlik Şurasının rəhbəri olan Şamhaninin tərəflərin danışıqlarda irəliləyiş əldə olunduğunu bildirməsindən sonra danışıqlarla bağlı “mənfi” açıqlama verməsi diqqət çəkib.

Әlaqәli Xәbәrlәr