İran parlamentinin fəaliyyəti dayandırıldı

İran Məclisinin 47 deputatının yeni növ koronavirusa (Covid-19) yoluxması səbəbindən fəaliyyəti dayandırılıb.

1771572
İran parlamentinin fəaliyyəti dayandırıldı

Tasnim Xəbər Agentliyinin məlumatına görə bu barədə İran Parlamentinin sözçüsü Nizam Musəvi açıqlama verib: “47 millət vəkili və 30 Məclis əməkdaşının Covid-19 testi müsbət alınıb. Bu səbəbdən Məclis rəhbərinin qərarı ilə parlamentin fəaliyyəti dayandırılıb”.

Qərarın İranın Koronavirus Əleyhinə Mübarizə Şurasının tövsiyəsinə görə qəbul edildiyinə diqqət çəkən Musəvi, Assambleyada baş tutan ümumi yığıncaqlarla yanaşı, komitə iclaslarının da dayandırıldığını bildirib. Agentlik qeyd edib ki, Məclinin nə vaxt işə başlayacağına dair məlumat yayılmayıb.

Xatırladaq ki, İranın Səhiyyə naziri Bəhram Aynullahi yanvarın 27-də verdiyi açıqlamada ölkədə artan Covid-19 hadisələri ilə epidemiyanın 6-cı dalğasının başladığını bildirib.



Әlaqәli Xәbәrlәr