Hüseyn Əmir Abdullahiyan ilə Antonio Quterreş arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, ABŞ və Qərb ölkələri nüvə anlaşması üçün addımlar atmalıdır.

1769898
Hüseyn Əmir Abdullahiyan ilə Antonio Quterreş arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, ABŞ və Qərb ölkələri nüvə anlaşması üçün addımlar atmalıdır.

İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Abdullahiyan BMT-nin baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

telefon danışığında Avstriyanın paytaxtı Vyanada keçirilən nüvə danışıqları, Əfqanıstandakı inkişaflar və Yəmən müharibəsi müzakirə edilib.

Abdullahiyan deyib ki, Vyanada danışıqlar prosesi "müsbət" irəliləyir və "İran mümkün qədər tez zamanda yaxşı bir razılaşma əldə etməkdə ciddidir".

İranlı nazir bəyan edib ki, daimi və etibarlı razılaşma üçün ABŞ və Qərb ölkələri konkret və əməli addımlar atmalıdır.

Abdullahiyan həmçinin Yəmən müharibəsinin siyasi həllini dəstəklədiklərini bir daha vurğulayıb və BMT baş katibindən bu məsələdə daha böyük rol oynamasını istəyib.

BMT-nin baş katibi Quterreş də Yəməndəki problemlərin həlli üçün siyasi danışıqlar prosesini dəstəklədiklərini bildirib.

Quterreş nüvə danışıqlarında müsbət irəliləyişləri alqışladıqlarını və BMT-nin bütün imkanrları ilə nüvə sazişini və beynəlxalq sülhü bütün dəstəklədiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr