Xorvatiya NATO-dan çıxa bilər

Xorvatiya prezidenti Zoran Milanoviç bildirib ki, Ukrayna ilə Rusiya arasında münaqişə kəskinləşərsə, Xorvatiya ordusu NATO-dan bütün üzvlərini çıxaracaq.

1768470
Xorvatiya NATO-dan çıxa bilər

Prezident Zoran Milanoviçə Zaqrebdə bir fabrikə baş çəkdiyi əsnada jurnalistlərə Rusiya-Ukrayna gərginliyi barədə danışıb. Prezident özünə ünvanlanan “Ukrayna ilə Rusiya arasında müharibə başlasa, Xorvatiyanın rolu nə olacaq?” suala cavabən: “Bu vəziyyətdə əsl günahkar yoxdur, amma kimin zərər görəcəyi aydındır. Bu səbəbdən Xorvatiya və Xorvat ordusu belə bir müharibədə iştirak etməyəcək. NATO, Xorvatiyanın bölgəyə əlavə hərbi cəlb etməsini tələb edib. Lakin mən Xorvatiya ordusunun baş komandanıyam. Ukrayna ilə Rusiya arasında münaqişə alovlanarsa xorvatiya ordusunun bütün üzvlərini geri çəkəcəyik. Xorvat ordusunun bölgədə olmasını istəmirəm. Qərarımız Ukrayna və ya Rusiya ilə əlaqələndirilməməlidir. Bu tamamilə ABŞ prezidenti Co Baydenin və Amerikanın daxili siyasətinin dinamikasından asılıdır. Ukraynanın NATO-da yeri yoxdur. Bu ölkə iqtisadi cəhətdən irəliləyə bilmir, ən zəif inkişaf etmiş ölkələrdən birinə çevrilib”-deyə Xorvat lider vurğulayıb.



Әlaqәli Xәbәrlәr